25 yaşlı müğənni Ariana Qrande "Monopoly" adlı yeni klipini təqdim edib. Maraqlısı isə ifaçının həmkarı Viktoriya Monet ilə duet şəklində oxuduğu mahnıda orientasiyası ilə bağlı məlumat verməsidir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ariana bir neçə saat içində "Youtube"da 3 milyon baxış sayı toplayan ekran işində biseksual olduğunu etiraf edib.

Müğənni eyni zamanda mahnının sözlərində də buna işarə edib. "Mənim həm kişilər, həm də qadınlar xoşuma gəlir. Bəli-Bəli..." deyə, o bildirib.

Ekran işində Ariana və Viktoriya əylənir, zarafatlaşır. Bir çox pərəstişkarı mahnını "biseksualların himni" adlandırıb. Maraqlısı isə odur ki, fanatlar ifaçını bu etirafına görə qınamayıblar. Əksinə ona "Cəsarətli etirafa görə halaldır" kimi şərhlər yazıblar.



                 

Digər