Mədəniyyət Nazirliyinin dəstəyi ilə etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunan film təqdim olunacaq.

Axşam.az-ın məlumatına görə, ekran əsərində Azərbaycanda dünyaya gələn alman Emil Şmidtin başına gələn hadisələrdən bəhs olunacaq.

Filmdə xalq artistləri Rasim Balayev, Şamil Süleymanlı, Qurban İsmayılov, Əməkdar artistlər Zemfira Sadıqova, Rasim Cəfər, aktyor Azər Aydəmir, gürcüstanlı aktrisa Mariam Kitia və başqaları rol alacaq.

Əlisəttar Quliyevin ekranlaşdırdığı film “Əlvida, Şmidt!” adlanır.

Qeyd edək ki, filmin ssenari müəllifi Rüstəm Babazadə, bəstəkarı isə İsfar Sarabskidir.



                 

Digər Xəbərlər