Əkiz bacılar bu gün əməliyyat olunacaq

Əkiz bacılar bu gün əməliyyat olunacaq
2867 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevil və Sevinc bacıları bu gün əməliyyat olunacaq.

Axşam.az-ın məlumatına görə, burun əməliyyatı keçirəcək əkiz bacılar “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olublar. Təəssüratlarını tamaşaçılarla bölüşən sənətçilər qorxmadıqlarını deyiblər:

“Heç qorxmuruq. Həkimlə əvvəldən danışıb müayinədən keçmişik. Verilişdən dərhal sonra əməliyyata giririk. Yaxşı alınacağına inanırıq. Hətta əməliyyatdan 15 gün sonra – gips açılan kimi klip çəkilişlərinə başlayacağıq. Yenicə işıq üzü görən mahnımızı ekranlaşdıracağıq”.

Qeyd edək ki, Sevil və Sevincin yeni mahnısı "De, hardasan" adlanır.