“Alişan azərbaycanlıların qonaqpərvərliyinə heyran qaldı”

“Alişan azərbaycanlıların qonaqpərvərliyinə heyran qaldı”
1248 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən həftə şəhərimizə gələn türkiyəli müğənni Alişan Azərbaycan xalqının qonaqpərvərliyinə heyran olub.

Axşam.az-ın məlumatına görə, prodüser Anar Mədətovun təşkilatçılığı ilə Bakıda toy mərasiminə qatılan Alişan və rusiyalı müğənni Karina Koks şəhəri gəzmək imkanı da tapıb. Bu haqda A.Mədətov əməkdaşımızla söhbətində deyib:

“Xalqımız hər zaman qonaqpərvərliyi ilə seçilib. Alişanla Karina da burada çox isti qarşılandı. Onları sevənlər çoxdur. Hər ikisi öz vətənlərində tanınmış ifaçılardır, amma çox sadədirlər. Şəhəri gəzməyə də çıxdılar. Hətta Karinanın uşağının dəniz kənarında rahat olması üçün beşik təşkil edildi. Əcnəbi müğənninin gəlməsi, ona hörmət göstərməyimiz normal haldır”.

A. Mədətov Alişanın bu yaxınlarda Moskvada da toy məclisində iştirak edəcəyini bildirib:

“Səkkiz ilə yaxındır ki, mən Rusiyada həmyerlilərimizin toy məclislərinə müğənnilərin gətirilməsi ilə məşğul oluram. Bir çox əcnəbi müğənninin yerli toylarda iştirakını mən təşkil etmişəm. Hazırda isə Alişanın Rusiyada bir toy məclisinə qatılması ilə bağlı danışıqlar aparırıq. Mən 1990-cı illərdən bu sahədə fəaliyyət göstərirəm. Azərbaycanda ilk radio aparıcılarından biri olmuşam. Hətta Moskvada “M” radioda çalışmışam. Mənim o vaxtlar “İmkan” adlı qrupum olub, Ağaxan Abdullayevin oğlu orada solist idi. O vaxtlar Mirzə Babayev yalnız bizim qrupun öz məclisində çıxış etməsini istəmişdi. İzzət Bağırov, Sevda Yahyayeva, Ədalət Şükürovla çalışmışam. Sevda ilə qısa, amma şirin bir işbirliyimiz olub. Əcnəbi ulduzlarla işləsəm də, yerli ifaçılarımıza hörməti hər zaman saxlamışam”.