Xatirə: “Mənə pul mənbəyi kimi baxanlar…”

Xatirə: “Mənə pul mənbəyi kimi baxanlar…”
2042 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam həyatında ilk dəfə ad gününü qeyd edəcək.

Axşam.az-ın məlumatına görə, sənətçi “Lider” telakanalında yayımlanan “Solo” verilişinə açıqlamasında dostları üçün qonaqlıq verəcəyini bildirib:

“Heç vaxt ad günü keçirməmişəm, utanıram. Bu mənim təmtəraqlı şəkildə qeyd edəcəyim ilk və sonuncu ad günü olacaq. Məqsədim hədiyyə yığmaq deyil, dostlarımı bir araya yığıb qonaqlıq verməkdir”.

Xatirə pul xətrinə yanında olanları sevmədiyini bildirib:

“Çox təəssüf ki, bu şöhrət məni dəyişmədi. İstər ailəm, istər dostlarım arasında xəyanəti bağışlamıram. Bir də, xoşlamıram, mənə pul mənbəyi kimi baxanları sevmirəm. Yanımda kim varsa, onlar pul xətrinə dayanmasınlar. Çalışdığım insanlara haqlarını verməyi unutmuram. Amma mənimlə məqsədli çalışanlar olanda inciyirəm”.