Asena ev dustağı oldu

Asena ev dustağı oldu
12486 dəfə oxunub
  • A-
  • A
  • A+

Futbolçu Caner Erkin ilə boşanan Asena Atalay özünü ev dustağı edib.

Axşam.az xəbər verir ki, istənməyən gəlin elan edilən Asena xeyli müddətdir iş təklifi almır. Artıq əvvəlki məşhurluğunun qalmadığını düşünən Atalay depressiyaya düşüb və özünü ev dustağı edib.

Qeyd edək ki, Caner Erkin ilə Asena Atalay 2010-cu ildə evlənib. Bir oğlu olan cütlük 2017-ci ildə boşanıb.