Günəş eynəyi seçərkən nələrə diqqət etməliyik?

Günəş eynəyi seçərkən nələrə diqqət etməliyik?
1347 dəfə oxunub
  • A-
  • A
  • A+

Gün eynəyi gözlərimizi Günəşin zərərli təsirlərindən qoruyur. Xüsüsuilə də yaz və yay aylarında Günəş şüalarının təsiri 3 qat daha artıq olduğu üçün mütləq eynəkdən istifadə edilməlidir.

Bəs, eynək seçərkən nələrə diqqət etməliyik? Çünki yanlış eynəklər xeyirdən daha çox ziyan vura bilər.

Axşam.az xarici mətbuata istinadən bu mövzuda diqqət etməli oldugumuz məqamları nəzərinizə çatdırır.

Üz şəklinizə uyğun olmasına diqqət edin
 
Hər insanın üz şəkli müxtəlifdir. Eynək seçərkən mutləq üzünüzə yaraşan və rahat çərçivəli eynəklərə üstünlük verin.

Polarizə olmalıdır

Seçdiyiniz eynəyin polarizə olub olmadığını test edin. Normal eynəklə polarizə eynəyi güzgüyə doğru tutun. Polarizə özəlliyi olan eynək digərinə nisbətdə işığı daha yükək faizlə udacaq və parıltı verməyəcək. Bundan əlavə polarizə xüsusiyyəti olan eynəyin rəngi daha tünddür.

Görüntü aydın olmalıdır

Eynəyi gözünüzə taxarkən görüntu aydın olmalıdır. Bulanıq görüntü şüşənin keyfiyyətsiz olduğundan xəbər verir.

Tövsiyyələrə qulaq asın

Günəş eynəyindən istifadə edənlərin tövsiyyələrini dinləyin.

Şüşənin keyfiyyətinə diqqət edin

Seçdiyiniz eynəyin zəmanət kağızına baxaraq, şüşənin keyfiyyətini təsdiq edin. CE embleminin olmasına diqqət yetirin.
 
Ultrabənövşəyi şüaları süzməlidir

Günəş eynəyi gözünüzü qoruya bilmək üçün ultrabənövşəyi şüaları yüksək faizlə süzməlidir. Şüşənin bu şüaları süzmə sertifikatının olub-olmadığını yoxlayın.