“CBC Sport”un canlı efirində futbolçu cinsi orqanını göstərdi - Video

“CBC Sport”un canlı efirində futbolçu cinsi orqanını göstərdi - Video
2572 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Qəbələ” və “Keşlə” komandaları arasında baş tutan oyun gözlənilməz anlara səhnə olub.

Axşam.az xəbər verir ki, oyunun 41-ci dəqiqəsində dördüncü hakim Rövşən Rəcəbovla “Qəbələ”nin oyunçusu Steven Jozef Monros arasında mübahisə yaşanıb.

Özündən çıxan Monros şortunu qaldıraraq, hakimə cinsi orqanını göstərib.

Bu kadrlar isə “CBC Sport”un canlı yayımında senzurasız nümayiş etdirilib. Şərhçi isə bildirib ki, hazırda onların arasında olan mübahisə oyundan daha maraqlıdır.