Tünzalədən sonra Xatirə və Natavanla barışdı

Tünzalədən sonra Xatirə və Natavanla barışdı
1100 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatun Əliyeva bir çox küsülü olduğu həmkarları ilə barışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi ilk olaraq əməkdar artist Tünzalə Ağayeva ilə küsülülüyə son qoymasından bəhs edib:

"Səhnədə idik, gözəl ab-hava var idi. İkimizin də əhvalı yaxşıydı. Pənah Eldaroğlunun (Xatunun prodüseri - red.) Yalçınla (T.Ağayevanın prodüseri - red.) gözəl münasibəti var. Bu barışığa da səbəb o, oldu".

Xatun müğənni Natavan Həbibiyə də barışıq əli uzadıb:

"Natavan Həbibi ilə də özümü küsülü hesab etmirəm. Fikirləşirəm ki, sağ-salamat ana olsun, onu təbrik edərəm. Dua da edirəm ona".

Sənətçi həmkarı Xatirə İslamla da barışıb. Xatun bildirib ki, küsülü olduğu bir neçə sənətçilərlə də barışacaq.