Vasif Məhərrəmli polisə şikayət etdi - Foto

Vasif Məhərrəmli polisə şikayət etdi -  Foto
1349 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Vasif Məhərrəmli sosial media hesabında ona təhqir yazan izləyicisinin fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, ifaçı paylaşımında həmin şəxsin Moskvada yaşadığını qeyd edib.

“Moskvadakı dostlarıma səslənirəm, bu şərəfsizin yerini bilən varsa, mənə deyin, anında uçub gələcəm. Səndən rəsmi qaydada şikayət edirəm. Hava limanından səni birbaşa polisə gətirəcəklər. Orada görüşərik” deyə, müğənni izləyicisinin ünvanına yazıb. 

Qeyd edək ki, analoji hadisə bundan öncə də yaşanmışdı. Məhərrəmli onun “Stefanno Ricci” brendindən olan kəmərinə lağ edən izləyicisini təhqir etmişdi.