Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək
10840 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın mədəniyyət naziri cənab Əbülfəs Qarayev tərəfindən 2019-cu ilin aprel ayının 22-də saat 11:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99 ) Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Axşam.az-ın məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.