Türkiyəli "Kuşum" ləqəbli Aydın karyerasının bitdiyini deyib.

Axşam.az xəbər verir ki, şoumen bu yaxınlarda üzünə dolğu etdirib.

"Üzümü yaxından çəkib internetdə paylaşdılar. Buna görə də televiziya karyeram bitib. Bir dəfə dolğu etdim. Hamı le bilir ki, estetik cərrahların qapısında yatıram" deyə, o, bildirib.

"Kuşum" Aydın bəzi dostlarından da şikayət edib. "Cənazəmə gəlməsini istəmədiyim insanlar var. Əvvəllər dostum olublar. Onlar qədər yaltaq və ikiüzlü insanlara rast gəlməmişəm. Mənim bəzi adamlarla görüşməyimi istəməyənlər sonra həmin adamlarla dost oldular. Çox məşhur insanlardılar", deyən şoumen ad çəkməyib.



                 

Digər