Ancelina Coli soyadını dəyişdirdi

Ancelina Coli soyadını dəyişdirdi
11627 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ancelina Coli aktyor Bred Pittdən boşanandan sonra soyadını dəyişdirib.

Axşam.az xəbər verir ki, Coli ilə bərabər Pitt soyadını da daşıyan aktrisa rəsmi olaraq ondan imtina edib.

Belə ki, o, rəsmi sənədlərdə bundan sonra sadəcə "Ancelina Coli" olaraq qeyd ediləcək.

Cütlüyün uşaqları isə Coli-Pitt soyadını istifadə edəcək.

Qeyd edək ki, aktyorlar 10 il sevgili olandan sonra 2014-cü ildə evlənib, 2016-cı ildə isə boşanıb. Onların üçü övladığa götürülmə olmaqla, 6 uşağı var.