İngilis mediası İndoneziyada baş verən bir hadisə ilə bağlı dəhşətli foto yayıb.

Axşam.az-ın məlumatına görə, fotoda bir qadının küçədə, minlərlə insanın gözü qarşısında qamçılandığı əks edilib. 

Qadın ona gülən insanlar qarşısında diz çöküb, döyülməsini gözləyir. Həmin anı isə insanlar telefonlarına çəkir və gülürlər. İndoneziyada yerləşən Açeklərin qanununa görə, xəyanət edən qadın bu cür cəzalandırılır.

Nikahdankənar seks həyatı olan qadını insanlar bu cür bibaır edirlər. Ötən il burada yerləşən kəndlərdən birində "wi-fi" istifadəsinə qadağa qoyulmuşdu. Buna səbəb isə bir neçə insanın gənclərə porno nümayiş etdirməsi olub. Burada ailəli olmayan və qohumluq əlaqəsi olmayan qadın və kişinin bir yerdə yemək yeməsi belə qadağandır.



                 

Digər Xəbərlər