"Zarina acı çəkən qız obrazını yaratdı" - fotolar

"Zarina acı çəkən qız obrazını yaratdı" - fotolar
3670 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zarina Məmmədova çoxdan hazırlaşdığı klip çəkilişlərini həyata keçirib.

Axşam.az-ın məlumatına görə, ifaçı yeni ekran işini Qəbələ rayonunda lentə aldırıb. Bunun üçün o, tanınmış türkiyəli rejissor Kamal Başbuğu Azərbaycana dəvət edib. K. Başbuğ Zarinanın musiqisi Pərviz Mahmudova, sözləri Aygün İsmayılovaya aid olan “Bir acı” mahnısını ekranlaşdırıb.

“Ssenaridə qarşı cinsin nümayəndəsini görmədim. Bütün sevgidən bəhs edən kliplərdə bir oğlan və qız olur. Eyni ssenaridə çəkmək istəmədim. Bu klipdə bir gənc qızın acısını göstərdim. Zarina çox gözəl xanımdır. Mən də onun sadəliyini göstərdim. Ümumiyyətlə, xanımlara klip çəkdiyim zaman çox dəbdəbəli görünüşdən qaçmağa çalışıram. Zarinanın peşəkar stilisti tam istədiyim görüntünü yaratdı. Bir də, xanımın yaxşı aktrisalıq bacarığı var. Klipdə o, həqiqətən, acı çəkən qız obrazını göstərə bildi” - deyə, Kamal Başbuğ bildirib.

Zarina kliplə bağlı təəssüratlarını bölüşüb:

“Komandam olmasaydı, yəqin, çox yorulardım. Bütün gücümü sərf etdim və nəticədən razıyam. Klipin bir hissəsi açıq havada, hətta qar yağan zaman çəkildi. Geyimim çox nazik olsa da, işləmək məni isidirdi. Həm Kamalın heyətindən, həm də öz komandamdan çox razıyam”.

Xatırladaq ki, Zarinanın imici üzərində stilist Elnur Həsənov çalışıb. Digər təşkilatçı işləri isə müğənninin yenicə işbirliyinə başladığı prodüser Təranə Səmədova həyata keçirib.