“Bozbash Pictures” serialındakı “Şirin” obrazı ilə məşhurlaşan aktyor Nicat Rəhimovun Axşam.az-a əyləncəli müsahibəsini təqdim edirik:
– İndiyədək eşitdiyiniz ən yaxşı kompliment hansıdı?
– Yadımda qalmayıb.
– Qarşı cinsdən olsaydınız, özünüzlə sevgili olardınız?
– Olardım, nə olub ki, mənə? Gül kimi oğlanam.
– Sevgiliniz olanda, başqa biri ilə danışmısınız?
– Həyatımda sevdiyim bir nəfər olub. Ömrü boyu da onu sevəcəm. O, mənim həyat yoldaşımdır.
– Qarşı cinsdən gözləntiniz nələrdir?
– Hansı qarşı cinsdən?
– Neçə qarşı cins var?
– Qadınları deyirsiniz? Qadınlar güldür, çiçəkdir. Onlarsız heç kimik.
– Sizcə, gedən itirir yoxsa, qalan?
– Məncə, gedən itirir.
– Qeybət edirsiniz?
– “Qeybət olmasın” deyə, bir söz var. Əslində, sevmirəm. Yanımda qeybət edənlərə yaxşı baxmıram. Amma sözgəlişi arada danışdıqlarımız qeybət kimi çıxır.
– Hansı orqanınızdan vaz keçərsiniz?
– Heç birindən
– Bəs, sizcə, ən güclü orqanınız hansıdır?
– Ürəyim.
– Ürəyiniz dayansa, Əzrayılı görsəniz, nə edərsiniz?
– Qorxaram.
– Reallaşdırdıqlarınız günah sayılmasa, qorxmasanız, nələr etmək istəyərdiniz?
– Bir-iki nəfər var, onları öldürərəm.
– Ən sevmədiyiniz qoxu hansıdır?
– Meyit qoxusudur. Çox dəhşətdir.
– Corabınızı dəyişdirəndə iyləyirsiniz?
– Hər gün corabımı dəyişdirirəm deyə, iy gəlmir.
– İndiyədək etdiyiniz ən cəsarətli addım hansıdır?
– Sənətimlə bağlı hədəflərimə çatmaq üçün cəsarətli addımlar atmışam.
– Hansı məşhur olmaq istəyərdiniz?
– Dayım Yaşar Nuri olmaq istəyərdim.
– Ən böyük fantaziyanız nədir?
– Film çəkməkdir – həm rejissoru, həm də aktyoru olmaq.
– Neçə yaşında olmaq istəyərdiniz?
– 15 yaşımda olmaq istəyərdim.
– 15 yaşlı və hazırki Nicatın ən böyük qorxusu nədir?
– Ölüm.
– Üç sözlə özünüzü ifadə edin.
– Səmimi, fədakar, düzgün.
– Əlinizdə dəlilik kağızı olsa, neyləyərsiniz?
– Özünü dəli kimi aparan insanların qarşısında dəlilik edərdim.
Pərviz HÜSEYN