Elza: "Bu mahnını oxuyanda hönkürüb ağlayıram"

Elza: "Bu mahnını oxuyanda hönkürüb ağlayıram"
1768 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan ən çox bəyəndiyi bəstəsinin adını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə açıqlamasında “Qoymayın hislər ağlasın” adlı mahnısını hər dəfə dinləyəndə ağladığını bildirib:

“Mahnının sözləri Barat Abdullayevə məxsusdur. O sözləri oxuyan kimi musiqi bəstələdim. Onu harada ifa edirəmsə, dinləyirəmsə, hönkürtü ilə ağlayıram. Hətta sənət dostlarım da ona qulaq asanda ağlayıblar”.

E. Seyidcahan həmkarlarına məsləhət verib: “Bir-birimizlə dalaşmayaq. Mehriban olaq ki, bir gün dünyamızı dəyişəndə peşmançılıq çəkməyək. Bunu bütün həmkarlarıma deyirəm”.