“Heç kəs özünü mənimlə müqayisə etməsin” - Elnarədən həmkarlarına + Video

“Heç kəs özünü mənimlə müqayisə etməsin” - Elnarədən həmkarlarına + Video
1202 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanəndə Elnarə Abdullayeva “Şou ATV” proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, veriliş zamanı Abdullayevanın “Oğluma müğənni qız almaram” sözləri və ona sərt reaksiya verən ifaçılar barədə danışılıb.

Sənətçi dediyi sözlərə aydınlıq gətirərək, həmkarlarına cavab verib:

“Təkcə, oxumaqla deyil, tamaşaçı bilməlidir ki, sən kimsən. Danışanda elə etmək lazımdır ki, xalq səni yaxşı tanısın. Əslində, Azərbaycan balaca yerdir, hamı hamını tanıyır. Bu sənətlə bağlı olsam da, sənətçiləri görmürdüm. “Nanəli” verilişindən sonra çoxunu tanımışam. Kənardan hamıya yaxşı qiymət verirlər. Deyirlər ki, sən kimsən, filankəs kimdir. Mənə nə qədər sual verirsiniz, verin. Nədən qorxacam ki? Bunu tez-tez qabardırlar.

Mən Karl Marks deyiləm, söz deyə bilərəm. Hər kəs sözləri başındakı fikirlə ölçür. Başıbağlı mənə söz atıb. Almıram, özüm bilərəm. Deyirlər ki, bu sənətin içindəsən. Amma mən bu sənətin içinə səhvən düşmüşəm. Müğənniyəm, ancaq mənliyim var. Heç kəs özünü mənlə müqayisə etməsin, adımı çəkməyin, heç vaxt mən ola bilməzsiniz.

Toydan qazanıb, xalqa xərcləyirəm. Sizdə o ürək var? Müğənni qız almamağımın səbəbini açıqlayıram. Bu əziyyəti görmüşəm. Kim necə qəbul edir, onlar özləri səbəbini bilir. Vaxt olub ki, günlərlə ailəmə belə vaxt ayıra bilməmişəm. Deyirlər ki, özü müğənni deyil? Özüm oxuyanam, sənə nə? Sən mən olacaqsan?”.

Qeyd edək ki, E.Abdullayevaya sərt reaksiya verənlər sırasında əməkdar artist Röya Ayxan, müğənnilər Xatirə İslam, Nura Suri, Səidə Sultan və başqaları olub.