"Aygünə o sözləri mən yazmamışam" - Məleykə Əsədova

"Aygünə o sözləri mən yazmamışam" - Məleykə Əsədova
3676 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün xalq artisti Məleykə Əsədovanın xalq artisti Aygün Kazımovanın ünvanına sərt sözlər yazması ilə bağlı xəbər yayılıb.

Axşam.az-ın məlumatına görə, aktrisanın “Facebook” səhifəsində “Aygün Kazımova şou aləmini meymun, klon sifətinə salıb, əməkdar artist Məhəbbət Kazımovun vəfat etdiyi gündə ad günü keçirərək hörmətsizlik edib” sözlərini yazdığı vurğulanıb.

Məleykə Əsədova əməkdaşımızla söhbətində sözügedən "Facebook" səhifəsinin saxta olduğunu bildirib:

“O profili kim işlədirsə, mənim imicimə uyğun olmayan sözlər yazır. Onun yazdığı sözlərə görə mən açıqlamalar vermək məcburiyyətində qalıram. Bu mən deyiləm, elə sözləri yazmıram. Həmin cümlələr mənim tərzimə uyğun deyil. Sosial şəbəkədən istifadə etmirəm, bu profil kimindirsə, bütün şəkillərimi paylaşır. Heç özümdə olmayan fotolar orada var. Belə saxta profillər çoxdur, onların qarşısını ala bilmərəm. Aygün sevdiyim sənətkardır. Dünən onun şad günü idi, təbrik edir, can sağlığı, bol ruzu arzulayıram. Məhəbbət Kazımov isə dünyasını dəyişdi, Allah rəhmət etsin. Sevimli ifaçımız idi. Bunları bir-birinə qatmaq lazım deyil”.