Atasını itirən Talıb Tale toya hazırlaşırmış

Atasını itirən Talıb Tale toya hazırlaşırmış
3736 dəfə oxunub
  • A-
  • A
  • A+
ARB TV-nin "Səhər-səhər" verilişi müğənni Talıb Talenin atasının yas mərasimindən çəkiliş edib.

Axşam.az-ın məlumatına görə, sənətçi açıqlamasında bildirib ki, atasının səhhəti son günlər pisləşibmiş:

"2 ildir dializ xəstəsi idi. Sağalması üçün əlimdən gələni etdim. Çox çətinliklər çəkdi, son vaxtlar da vəziyyəti ağır idi. Bütün xəstəxanaları gəzdik, həkimlər əlindən gələni etdi.

Atam halal aldığı müəllim maaşı ilə dörd övlad böyüdüb. Şərəfli ömür yaşadı".

Dostları açıqlamada bildirib ki, Talıbın toyu olacaqmış.