Abbas Elgizi biabır etdi

Abbas Elgizi biabır etdi
5310 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Abbas Bağırov aparıcı Elgiz Əkbəri və onun komandasını biabır edib.

Axşam.az xəbər verir ki, müğənni qatıldığı ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində sözlərinin təhrif edildiyini yazaraq, İnstaqramda bu barədə fikirlərini yayıb.

“Verilişdə qonaq oldum, amma düşünməzdim ki, bu qədər hörmətsizlik görərəm. Danışmadığım mövzunu özünüzdən uyduraraq, insanları niyə çaşdırırsınız? Buna görə də, efirlərdə az-az görünürəm. Bugündən etibarən, məni bu kanalda görməyəcəksiniz” deyə, Abbas bildirib.

Sənətçi qeyd edib ki, yayımlanan anons onu qane etməyib.