"Övladlarımımn müğənni olmasının əleyhinəyəm, istəmirəm... Bəzi şeylər var ki, qarşısını almaq olmur. Çalışacam ki, bu sənətə gəlməsinlər. İstəyirəm başqa peşənin sahibi olsunlar. Həkimliyi çox sevirəm. İstəyirəm övladlarım həkim olsunlar".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İzzət Bağırov "Şou news" verilişinə açıqlamasında deyib. Sənətçi bildirib ki, övladlarının şou-biznesə qatılmasını istəmir. 

İzzət "Övladıma müğənni qız almaram" deyən sənət dostlarına da cavab verib: 

"Kimi istəyəcəklərsə, onu da alacam. Əlini kimə uzatsa, gedib alacam. Əsas odur nəsli təmiz, düzgün əqidəli olsun. Ay şou-biznesdəndir, sənətdədir, mənə önəmli deyil.

Bu sözü deyənlər, məncə işin çətinliyini nəzərə alır. Ağır, keşməkeşli sənətdir. Özüm də İzzət Bağırov olmaq üçün iynə ilə gor qazmışam".


loading...


                 

Digər