Milli Parklarda açıq qapı günü olacaq

Milli Parklarda açıq qapı günü olacaq
11413 dəfə oxunub
  • A-
  • A
  • A+

“Milli Parkların marşı” günü ilə əlaqədar 20-21 aprel tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər  Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcək.

ETSN-nin Mətbuat Xidmətindən Axşam.az-a verilən məlumata görə, milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Təbiətin füsünkar gözəlliklərindən həzz almaq istəyirsinizsə milli parklarımıza səyahət edin!  Milli parklara səyahət etməklə Siz flora və faunanı daha yaxından seyr edə və təbiət obyektləri barədə ətraflı məlumat ala bilərsiniz.