17 yaşlı azərbaycanlı Türkiyənin Sabancı Universitetinə qəbul olub. Maraqlısı odur ki, Yasin illiyi 18 min dollar olan universitetdə pulsuz təhsil alacaq.

Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, Quliyev Yasin Yalçın oğlu dünyanın bir çox univeristetlərini – Massaçusets Boston, İllinoys Ştatı, Şimali Florida Universitetini qazanıb. Bundan başqa o, 100/100 bursla Türkiyənin Bahçeşehir Universitetinə qəbul alıb.

Sabancı Universitetini seçən həmyerlimiz “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq. O yaşam xərclərini isə özü tərəfindən qarşılanacaq.



                 

Digər