Məşhur müğənni Işın Karaca qatıldığı proqramda həmkarı İrəm Dərici haqqında ağır ittihamlar səsləndirib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı İrəmi görməyə gözü olmadığını deyib:

"Şou-biznes küsüb-barışanların dünyasıdır. Demet Akalınla hazırda görüşmürük. Ümid edirəm, İrəmlə Demetin dostluğu uzun sürər. Amma zənn etmirəm. İrəmi görməyə gözüm yoxdur. Üzünə gülüb, qapıdan çıxmağını belə gözləmədən arxanca danışan, ikiüzlü insanlara nifrət edirəm. Hərkəsin pis niyyəti özünə yazılır". 

Işın bundan əvvəlki açıqlamasında da İrəm üçün "Ərimə evlilik təklif edib" demişdi.



loading...


                 

Digər