Keçmiş futbolçu Devid Bekhem həyat yoldaşı Viktoriya Bekhemə sürpriz edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Bekhem 45 yaşını qeyd edən Viktoriyanın fotosunu İnstaqram hesabında paylaşaraq "Doğum günün mübarək, ana. Sənə möhtəşəm gün arzu edirəm. Çünki sən ərköyün edilməyə layiqsən" yazıb.

Viktoriya da öz növbəsində ailəsi ilə birlikdə şəklini paylaşaraq, təbriklərə görə təşəkkür edib.

Ad gününə cütlüyün oğlu Bruklin model sevgilisi Hanna Kross ilə birgə gəlib.







                 

Digər