Hüsniyə yeməyə görə ağladı - Foto

Hüsniyə yeməyə görə ağladı - Foto
3724 dəfə oxunub
  • A-
  • A
  • A+

“Elə sevinirəm ki, evdəyəm. Bugün ən sevdiyim dostlarıma bir ayda baş verənləri danışıb, baş-beyinlərini nəyi var aparmışam”.

Axşam.az xəbər verir ki, bu sözləri Laos və Nepal səfərindən yeni dönən Hüsniyə Məhərrəmova sosial media hesabında yazıb.

“Düşbərə, qutab, təndirdə quzu yemişəm. Laosda bu yeməklər haqda düşünəndə göz yaşlarımı saxlaya bilmirdim. Doyunca gülmüşəm, yağışda gəzib, velosiped sürüb, dondurma yeyib, xoşbəxt evə dönmüşəm. İndi isə Moldovadan gətirdiyim şərabı açıb, “Taxt oyunları”na baxacam” deyə, Hüsniyə məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, Məhərrəmova Laos və Nepalda etdiyi paylaşımlarla medianın gündəmində idi.