Ariana Beyonsun rekordunu qırdı

Ariana Beyonsun rekordunu qırdı
11812 dəfə oxunub
  • A-
  • A
  • A+

"Coachella-2019" musiqi festivalı bu gün sona çatıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat artıq yekunlar haqda xəbərlər yaymağa başlayıb.

25 yaşlı Ariana Qrandenin festivaldan alacağı qonorar isə səs-küyə səbəb olub.

"People" jurnalı Ariananın Beyonsla eyni məbləğdə, yəni 8 milyon dollar qonorar alacağını açıqlayıb.

Qeyd edək ki, ötən həftə sonu Qrande Niki Minaj və Pi Diddi ilə dueti, həmçinin N Sync qrupuyla çıxışı ilə festival qonaqlarını təəccübləndirmişdi.