Rəqsanə Aygünə mahnı yazdı – fotolar

Rəqsanə Aygünə mahnı yazdı – fotolar
3063 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova xalq artisti Aygün Kazımovaya mahnı yazıb.

Axşam.az-ın məlumatına görə, sözləri və musiqisi sənətçinin özünə aid olan bəstə Türkiyədə aranjiman olunub:
 
“Aygün xanıma həzin, lirik bir bəstə bağışladım. Ad qoymadım, istədim, özü qərar versin. Mahnını türkiyəli dicey Kan Gökman aranjiman edib. Həmin bəstənin bütün xərci, klipinə sərf olunacaq məbləği mənə aid olacaq”.

Rəqsanə ötən gün xalq artistinin ad günü mərasiminə maraqlı obrazda qatılıb. Sənətçinin həmin şəkillərini təqdim edirik.

Foto: Rəşad ABBASOV