İnstaqram fotoservisi paylaşımlara gəlmiş bəyənmə (like) saylarını digər istifadəçilərdən gizlətmə funksiyasını test etməyə başlayıb.

Axşam.az technote.az saytına istinadən xəbər verir ki, bu hələ şirkətdaxili prototip funksiyadır və o, çoxlu sayda istifadəçilər tərəfindən test olunmur.

"Biz, istifadəçilərin nə qədər bəyənmə yığdıqlarına deyil, nə cür kontent paylaşdıqlarına diqqət ayırmalarını istəyirik" deyə, İnstaqram təmsilçisi bildirib.

Şirkət düşünür ki, bəyənmə saylarının gizlədilməsi öz növbəsində istifadəçilərə qarşı olan təzyiqi aşağı salacaq. Belə ki, onlar daha məşhur olan dostlarının bəyənmə sayları ilə öz bəyənmə saylarını müqayisə etməkdən əl çəkəcəklər. Techcrunch bildirib ki, bəyənmə saylarının gizlədilməsi funksiyasının işə salınması halında istifadəçilər və reklam verənlər daha çox abunə və rəy sayına fikir verəcəklər. Bununla belə gizlədilmiş bəyənmə sayları hələ də paylaşımların ana səhifədə sıralanmasına təsir edəcək.



loading...


                 

Digər