“Microsoft”un yaradıcısı Bill Qeytsin sərvəti son 20 ildə ən yüksək həddə çatıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onun varidatı “Microsoft” səhmlərinin artması səbəbilə 100 milyard dolları ötüb.

“Forbes” jurnalının məlumatına görə, “Microsoft” səhmləri Qeytsin sərvətinin 12,5 faizini təşkil edir. Hazırda Bill dünyanın ən zəngin insanlarının siyahısında ikinci yeri tutur.

“Amazon” internet şirkətinin qurucusu Ceff Bezos 153,2 milyard dollarlıq sərvətlə siyahıya liderlik edir.

Qeyd edək ki, Bill Qeyts, 2008-ci ilin iyununadək “Microsoft”un direktoru olub, indi isə direktorlar şurasının sədri vəzifəsində çalışır.



loading...


                 

Digər