Zirzəmidən butikə qalxan sənət - “LepkArt” fəaliyyətə başladı

Zirzəmidən butikə qalxan sənət - “LepkArt” fəaliyyətə başladı
17833 dəfə oxunub
  • A-
  • A
  • A+

“Era design” şirkəti “LepkArt” adlı yeni mağazalarının açılışını gerçəkləşdirib.

Axşam.az xəbər verir ki, mərasimdə iş adamları, tanınmış incəsənət və media nümayəndələri iştirak edib.

Üçmərtəbəli “Show room”un divarlarındakı işləmələr gələn qonaqların marağına səbəb olub. “Era design”ın rəhbəri, tanınmış memar və dizayner Rəfael Abbasov mağaza haqda geniş məlumat verib:

“Burada adından da göründüyü kimi lepkalardan ibarət əl işləri var. Biz lepka ilə incəsənətin vəhdətini təqdim edirik. Burada olan hər bir detal əl işlərindən ibarətdir. Gördüyünüz hər şey eskizlər əsasında hazırlanır. Bir çox interyerdə təbii daşlar, tablolar və digər ünsürlərdən istifadə olunur. Həmçinin, “LepkArt” butiki premimum təmir, eksklüziv interyer işi ilə məşğuldur. İnsanların interyer dizayna olan marağını “Show room” şəklində canlandırmışıq.

Mağazamızda emalatxana da mövcuddur. Birbaşa istehsalla da məşğuluq. Hər bir insanın zövqünə uyğun amil əvvəlcə eskiz şəklində təqdim olunur, daha sonra modeli hazırlanır. Hər büdcəyə uyğun məhsullarımız var”.

Tədbirdə çıxış edən Xalq artisti Nərgiz Cəlilova, aparıcı Hacı Nuran Hüseynov mağazanın möhtəşəmliyindən söz açıb.

Daha sonra çıxış edən şirkət rəsmisi Şenay Abbasova “LepkArt”ın ərsəyə gəlməsini belə xarakterizə edib:

“İnsan zövqü, idrakı varsa, niyə bu sənəti insanlara yüksək təqdim etməyək? Biz lepka sənətini zirzəmi şəraitindən butik səviyyəsinə qaldırdıq. Həmçinin, lepkaya bir çox ünsürlər əlavə edərək, daha da təkmilləşdirdik. Biz interyerə yeni nəfəs gətirmişik. İstəyirik ki, hər yerə səs salaq. Bu “Show room” əl işlərimizdən ibarətdir”.

Qeyd edək ki, Rəfael Abbasov 5 il Naxçıvan Muxtar Respublikasının memarı olub. Naxçıvanda olan bir çox abidələr və binalar onun əməyi nəticəsində yenilənib.


İnstagram: LepkArt
Facebook: Era Design
Ünvan: Ağ şəhər, Yaşıl ada 1/12, Tel: (050) 210 82 37