"Qurdlu paxla" - Kərimdən Rəhimə sərt sözlər

"Qurdlu paxla" -  Kərimdən Rəhimə sərt sözlər
1182 dəfə oxunub
  • A-
  • A
  • A+
"MUZ TV-də rəhbər olan Rəhim orada elə bir qadağalar yaradıb ki... Filankəs getməyəcək efirə, gətirsin pul versin. Mən niyə ona pul verim? Dünənki uşağam?".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov "X maqazin"ə açıqlamasında deyib. O, uzun müddətdir küsülü olduğu həmkarı Rəhim Rəhimli haqda gözlənilməz açıqlama verib. O bildirib ki, Rəhim "MUZ TV"də ona qadağa qoyub:

"Ömür boyu sənə qarşı yaxşı olmuşam. Çıxıb efirdə deyirsən ki, Kərim ağzının danışığını bilmir. Mənim musiqidə ayağımın bildiyini, sənin başın bilmir. Çox şey danışa bilərəm sənin haqqında, amma susuram. Mənimlə bağlı Nisə Qasımova danışsa, susub oturaram.

Rəhim qurdlu paxladır. Əvvəl onu çox istəyirdim, amma başa düşdüm ki, dəymir, yaxşı adam deyil".