Ətraf mühit faktorları, yediyimiz qidalar, çirkli havadan ən çox əziyyət çəkən orqanımız dərimizdir.

Axşam.az xarici mətbuata istinadən dəriniz üçün faydalı qidaları sizə təqdim edir.

Təbii bitki yağları

Günəbaxan, zeytun, fındıq yağlarının tərkibi E vitamini ilə zəngindir. Bu yağlardan mütamadi istifadə dərinizin parıltılı görünməsinə səbəb olacaq.

Çiyələk

Tərkibi antioksidantlarla zəngin olan bu giləmeyvə dərinizin ən yaxın dostudur.

Şokolad

Allergiyanız yoxdursa gun ərzində kiçik miqdarda şokolad yemək həm dərinizi gözəlləşdirəcək, həm də əhval-ruhiyənizə yaxşı təsir edəcək.

Pomidor

Tərkibi likopen maddəsi ilə zəngin olan bu tərəvəz xüsusilə də yağlı və sızanaqlı dərisi olan xanımlar üçün xeyirlidir.

Qatıq

Evdə hazırlanmış qatığı həm yemək, həm də maska kimi dərinizə çəksəniz tez bir zamanda dəyişiklərin şahidi olacaqsız.

Dəniz məhsulları

Omeqa-3 və Omeqa-6 ilə zəngin olan dəniz məhsulları sadəcə dərimiz üçün deyil bütün bədənimiz üçün olduqca faydalıdır.



loading...


                 

Digər