4 günlük arvadı Nikolas Keycin başına oyun açıb

4 günlük arvadı Nikolas Keycin başına oyun açıb
12344 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur kino ulduzu 55 yaşlı Nikolas Keyc bu ilin martında 23 yaşlı Erika Koyke ilə evlənmişdi.

Axşam.az xəbər verir ki, nikah cəmi 4 gün çəkməsinə baxmayaraq, aktyor gənc xanımdan "yaxa qurtara" bilmir.

Erika keçmiş ərindən külli miqdarda təzminat tələb edir. Pulun miqdarı açıqlanmır. Gənc qadın bu evlilik səbəbilə karyerasının bitdiyini və nüfuzunun zədələndiyini deyib.

Qeyd edək ki, 4 dəfə evlənən Keycin ilk nikahı 6 il davam edib. İkinci dəfə Elvis Preslinin qızı ilə evlənən aktyor 3 ay sonra ayrılıb. Onun iki oğul övladı var.