İtlər saqqallı kişilərdən daha təmizdir - Alimlər açıqladı

İtlər saqqallı kişilərdən daha təmizdir -  Alimlər açıqladı
1111 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveçrəli alimlər kişilərə saqqal vasitəsilə itlərdən bakteriya keçib-keçmədiyini araşdırıblar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat zamanı ortaya fərqli mənzərə çıxıb. Belə ki, saqqalda it tükündən daha çox bakteriya olduğu aşkarlanıb.

30 itin boynundan və 18 kişinin saqqalından alınan nümunələr müqayisə edilib. 18-76 yaş arası kişilərin hamısında bakteriya miqdarı yüksək olub. İtlərin isə sadəcə, 20 faizində bakteriya miqdarı yüksəkdir. Digər itlərdə isə bu miqdar orta və aşağı səviyyədə olub.

Araşdırmada 7 kişinin saqqalında xəstəlik törədə biləcək bakteriyalar tapılıb. Bu göstəricilər itlərin saqqalı kişilərdən daha təmiz olduğunu söyləməyə əsas verir.