Məşhurlarımız “Hercai”də çəkilsəydi... - Fotolar

Məşhurlarımız “Hercai”də çəkilsəydi... - Fotolar
5241 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hercai” serialı başladığı gündən reytinqləri alt-üst etməkdə davam edir.

Türkiyənin Mardin bölgəsində cərəyan edən intiqam hekayəsindən bəhs olunan ekran işi hər həftə milyonlarla insanı ekranlara bağlayır. Ölkəmizdə də maraqla seyr edilən “Hercai”nin fanatları serialdan olan kadrları sosial media hesablarında paylaşır, müzakirə edirlər.

Axşam.az isə bu müzakirələrin fonunda serialın azərbaycanlı fanatlarını sevindirəcək siyahı hazırlayıb. Əgər “Hercai” Azərbaycanda çəkilsəydi, serialda bu məşhurlarımız oynaya bilərdi...

Son günlər imic dəyişikliyi etməklə “Hercai”nin Miranına bənzəyən və bundan əsəbiləşən müğənni Elçin Cəfərov bu obraz üçün ən alternativ variantdır.


Reyyanı axtarmağa isə demək olar ki, gərək yoxdur. Çünki qarşımızda Mehin Hümbətova var. Gülüşü və xarici görünüşü ilə Ebru Şahini asanlıqla Mehin əvəz edə bilər.


Uca boyu, saç və göz rəngi ilə Ruhi Əliyevanı serialda Gönül obrazı kimi görə bilərik.

Zəhm deyiləndə ağıla gələn Əməkdar artist Mehriban Xanlarova “Aslanbey konağı”nın xanımağası Azize Aslanbey obrazı ilə vəhdət təşkil edir.
Həyatdakı ata obrazı ilə heç də Hazar Şadoğludan geri qalmayan Zaur Baxşəliyev bu rol üçün xeyli uyğundur.

Yaren dedikdə, ağıla müğənni Günay İbrahimli gəlir. Aktrisanın səs tembrində olan xırıltılar bizə onu xatırladır. Günayın bir neçə ay öncə kəsdirdiyi qısa saçları hələ də qalsaydı, Yareni canlandıra bilərdi.

Cavid Gülü hər nə qədər üzügülər görsək də, onu Azatın yerinə qoyub, ağlatmaq olar.

Zehra Şadoğlu obrazının məsumiyyətini daşıya biləcək aktrisamız isə Əməkdar artist Gülzar Qurbanovadır.

Əgər “Hercai” Azərbaycanda çəkilsəydi, serialın ön planda olan, dikbaş və qorxmaz obrazı Sultan Aslanbeyi oynamaq Xalq artisti Mələkxanım Əyyubovanın haqqı olardı.

Təranə Qumralı Handan Şadoğlu ilə birləşdirən təkcə xarici görünüşü deyil, həm də həyat yoldaşlarının “zəhmli” olmalarıdır.

Xalq artisti Nurəddin Mehdixanlının həm görünüşü, həm də hökmlü duruşu aşirət ağası olmağa rəvac verir. Hər nə qədər xasiyyətinə bələd olmasaq da, həyatda Nasuh Ağa kimi qəddar olmadığını düşünürük.

Əvvəllər İzzət Bağırov deyəndə, "varatnikli" köynəklər yada düşsə də, biz bunu Cihan Şadoğlu obrazı ilə əvəz etmək istəyirik.

Sakitliyi, geyim tərzi ilə Azər Süleymanlı Miranın can yoldaşı, sirdaşı Fırat Demiralp olmağa real namizəddir.

“Şadoğlu konağı”nın xanımı olmaq istəyən Hanife Derbent obrazını Əməkdar artist Almas Ələsgərova canlandıra bilər. Ümid edirik ki, ssenarist Hanifeni xanımağa olmaq yolunda Ələsgərovanın “Space” TV-də yıxıldığı kimi yıxmaz.