Özge Ulusoy enerjisinin səbəbini açıqladı

Özge Ulusoy enerjisinin səbəbini açıqladı
12006 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Özge Ulusoy İstanbulda keçirilən dəfilə sonrası müxbirlərin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, o, gərgin iş rejimində çalışmasına baxmayaraq, yorulmadığını və sənətindən zövq aldığını bildirib.

"Mənim gecə həyatım yoxdur. İşdən evə, evdən işə gedirəm. Gərəksiz yerlərə və insanlara vaxt ayırmadığım üçün enerjim daim yüksək olur" deyə, model bildirib.

Qeyd edək ki, model bu yaxınlarda estetik əməliyyat iddiasını da təkzib etmişdi.