Qış aylarında insanların çox hissəsi soyuq sudan və qidalardan imtina edir. Daha isti qidalar yeyir, çaya və ilıq suya üstünlük verirlər. Yaz gələndə isə orqanizm soyuq su və qidalar tələb edir. Bu zaman isə angina daha tez sizi yaxalayır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, insanların təxminən 70 faizi bu xəstəlikdən əziyyət çəkir. Anginanın yaranmasına səbəb streptokokklar, viruslar və pnevmokokklardır. Soyuqdəymə angenaya meyilliyi artırır. Məlumdur ki, angina zamanı badamcıqlar şişir, irinləyir. Virus badamcıqlara hava-damcı yolu ilə keçir. Anginaya ötəri yanaşmaq olmaz, o ciddi xəstəlikdir. Əgər anginadan bir-iki həftə sonra oynaqlarda ağrılar hiss etsəniz, dərhal revmatoloqa müraciət edin. Bu, anginanın səndə revmatizm xəstəliyi yaratması deməkdir. Xroniki tonzitlərdə isə cərrahi müdaxiləyə ehtiyac var.

Əlamətləri:
 
Xəstəlik zamanı hərarət 40 dərəcədən də yüksəyə qalxa bilir. Xəstədə başağrısı, halsızlıq, iştahanın olmaması, udqunma zamanı ağrı kimi hallar aşkarlanır. Angina zamanı qan damarları sıxıldığından udlağa qan gəlmir.
 
Məsləhət:

· Qırmızı çuğunduru sürtgəcdən keçirib, şirəsini çıxart. Bir stəkan qırmızı çuğundur şirəsinə 1 xörək qaşığı sirkə tök. Gündə 5-6 dəfə həmin qarışıqla boğazını ovuşdur.

· Cirə otundan 1 çay qaşığı götürüb, 1 stəkan suda qaynat. Gün ərzində 3-4 dəfə yeməkdən yarım saat əvvəl ¼ stəkan iç.

· Spirt 100 ml., nanə 2,5 qr., novokain 5 qr., anestezin 1,5 qr. götürüb qarışdır. Gündə iki dəfə qarışıqdan boğaza sürt, sonra qalın şərflə bağla. 

Tənəffüs çatışmazlığı

Ağciyər xəstəlikləri qorxulu olduğu qədər də çox yayılandır. Qış aylarında isə bu xəstəliyə yoluxmağın riski daha da artır. Ağciyər xəstəlikləri arasında ən geniş yayılanı tənəffüs çatışmazlığıdır. Elə angina bu halın tezləşməsinə gətirib çıxaran amillər sırasında birinci yerdədir. Yaranmasına bronx boşluğunun və ağciyərdə qan dövranının pozulması səbəb ola bilər. Tənəffüs çatışmazlığına ötəri yanaşmaq olmaz. Bu xəstəlik insanın ölümünə belə səbəb ola bilər.

Əlamətləri:

Tənəffüs çatışmazlığı zamanı beyinə oksigen ötürülmür. Xəstədə başağrısı, halsızlıq, tənginəfəslik, boğulma kimi hallar müşahidə olunur. Tənəffüs çatışmazlığını dərinin boz rəngdə olması ilə də müəyyən etmək olar. Məsləhət:
Tənəffüs çatışmazlığı olanda idman etmək məsləhətdir.

· Təzə narı sıxıb, suyundan gün ərzində 6 dəfə 1 xörək qaşığı iç.

· Yulaf çöpündən 3 xörək qaşığı götürüb, 2 stəkan qaynar suya tök. 1-2 saat saxladıqdan sonra, süzüb iç.



loading...


                 

Digər