27 il sonra komadan ayılan qadın - Foto

27 il sonra komadan ayılan qadın -  Foto
3113 dəfə oxunub
  • A-
  • A
  • A+

Birləşmiş Ərəb Əmirliyində yaşayan Munirə Abdula adlı qadın 27 il komada qalıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 1991-ci ildə avtomobil qəzası keçirən qadın komaya düşüb. Həkimlər onu ayıltmağa çalışsalar da həmin vaxt nail ola bilməyiblər. 

Qəza zamanı Munirə 4 yaşlı oğlu Öməri qucaqlayaraq qoruyub. Həmin vaxt 32 yaşı olan qadının qəzaya düşdüyü avtomobili ərinin qardaşı idarə edirmiş və o, avtobusla toqquşub.

"Onun aparatlardan ayrılmasına icazə vermədim. Bir gün oyanacağına inanırdım" deyə, Ömər müsahibəsində qeyd edib.

Munirə komaya düşdükdən sonra onu Londona gətiriblər. Daha sonra onu BƏƏ-yinə, Al-Eyn şəhərinə geri aparıblar. Burada xəstəxanaya yerləşdirilən qadın 27 ildən sonra ayılıb. 2017 ci ildə Munirənin ailəsi şeyx ailəsindən kömək istəyib. Dövlət ailəyə qadını Almaniyaya aparmaq üçün pul verib. Munirə orada bir neçə dəfə əməliyyat olunub.

Bir il sonra Ömər xəstəxanada həkimlə mübahisə edib, qışqırmağa başlayıb. Həmin an qadın tərpənməyə, reaksiya verməyə başlayıb. "Otaqda anlaşılmaz hal var idi. Anam elə başa düşüb ki, mən təhlükədəyəm və şok keçirib və səs çıxarmağa başlayıb" deyə, oğlan söyləyib.

"Üç gün sonra səhər yuxudan bir qadının adımı çağırma səsi ilə oyandım. O, anam idi. Bu, mənim illərdir arzuladığım an idi" söyləyən Ömər anasını BƏƏ-yinə geri gətirib. 

Munirə Əbu-Dabiyə gətirilib və müalicəsi orada davam etdirilir.