“Anasını evində xidmətçi kimi işlədir” - Sevdanın ögey atası

“Anasını evində xidmətçi kimi işlədir” - Sevdanın ögey atası
7071 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Yəhyayevanın ögey atası olduğunu iddia edən şəxs “Səni axtarıram” verilişinə çıxıb.

Axşam.az xəbər verir ki, o, sənətçi ilə bağlı gözlənilməz açıqlamalar verib. Sözügedən şəxs iddia edib ki, Sevda anası Nuriyyəni onun əlindən alıb:

“Sevda gəlib özünə xidmətçi kimi anasını aparıb. Deyirdi ki, evdə iş görə bilmirəm, gəl kömək et. Mən onun ögey atasıyam. Anası ilə qeyri-rəsmi nikahda olmuşam. Onlar imkansız idilər, özüm baxmışam. Anasına dedi ki, gəl, mənə xidmət elə. Məni təhqir etdi, getdi.

Evini təmir etdirmişəm. O vaxt özü demişdi ki, məni al. 2003-cü ildə bunu demişdi. İstəyirəm evinə gəlsin, onun 58 yaşı var, mənim isə 76. 60 yaşımda olanda onunla tanış olmuşdum. 

Sevdanı o vaxtlar 15 həftə hər gün “Yeni ulduz” verilişinə aparıb gətirmişəm. Hamımız bir evdə yaşayırdıq”.

Qeyd edək ki, müğənnin atası o, kiçik yaşlarında olarkən vəfat edib.