Müğənnilər ofisiantlara nə qədər çay pulu verir? – sorğu

Müğənnilər ofisiantlara nə qədər çay pulu verir? – sorğu
3929 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişi sənət aləminin tanınmış simaları arasında sorğu apararaq onların ofisiantlara nə qədər şirinlik verdiklərini öyrənib.

Axşam.az saytı tanınmış simaların həmin cavablarını təqdim edir:

Əməkdar artist Elza Seyidcahan – Özüm də bir vaxtlar restoranda işləyib pianoda ifa etmişəm. Mənə də pul göndərən olub. Həmin pula mahnı yazdırmışam, aranjiman etdirmişəm. Əgər imkanım olsa, ofisianta min manat da verərəm.
 
Müğənni Xumar Qədimova – Ofisianta həmişə pul vermişəm. Onun qədərini ofisiantların özündən soruşun, insafları varsa, düzünü deyəcəklər.

Müğənni Fərda Xudaverdiyev – Ofisianta 20 manat verirəm.

Müğənni Gülay Zeynalova – Restorana gedəndə hesab çox gəlirsə, Kamil şirinlik vermir. Əgər az gələrsə, yaxşı məbləğdə hörmət edir.

Müğənni Rüfət Axundov – Restorana gedəndə ilk olaraq bizə qulluq edən ofisianta 10 manat verirəm. Hesabı ödəyəndə isə pulun üstündə gələn qalıqdan 5-7 manat qoyuram.

Müğənni Sevda Yahyayeva – Cibimə uyğun məbləğdə ofisianta köməklik edirəm.

Müğənni Elariz Məmmədov – “Etiket qaydaları” kitabını oxumuşam. Orada yazılıb ki, ödədiyin hesabın 10 faizi qədər ofisianta şirinlik qoymalısan. Mən də bu qaydaya əməl edirəm.

Müğənni Elvin Abdullayev – Bizim restoranlarda ofisiantlar çox zəif qulluq edirlər. Heç birindən razı qalmıram, ona görə də 1 manat ödəyirəm. Yaxşı xidmət olanda 20 manat vermişəm.

Müğənni Elçin Hüseynov
– 20 manat verdiyim vaxt da olub.

Müğənni Rəqsanə İsmayılova – Həmişə ofisiantlara əlavə pul verirəm. Hətta toya gedib oxuyandan sona aldığım qonorardan oradakı işçilərə pay ayırıram. Moskvada isə 3-5 min rubl şirinlik qoyuram.

Rəqqasə Oksana Rəsulova – Cəmi bir dəfə ofisianta pul vermişəm – 50 manat.

Müğənni Xatirə İslam – 50 manat şirinlik verirəm, ondan artıq yox. Çünki ondan artıq bağışlamaq üçün gərək kefli olasan.

Müğənni Elçin Cəfərov – 30 manat şirinlik verirəm.