Zamiq tanınmış aparıcı ilə klipə çəkilir

Zamiq tanınmış aparıcı ilə klipə çəkilir
1430 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynovun yeni klipində tərəf müqabili aparıcı Afaq Gəncəli olacaq.

Axşam.az-ın məlumatına görə, bu haqda Afaq “Onlar” verilişinə açıqlama verib.

Zamiqin səsləndirəcəyi mahnı isə xalq artisti Aygün Kazımovanın repertuarındakı “Gecələr keçir” olacaq:

“Zamiq Aygün xanımdan icazə istəyəcək. Əgər o razılaşsa, həmin mahnını səsləndirəcək. Klipdə isə özüm çəkiləcəyəm”.

Zamiq ekran işində Aygün Kazımovanı da çəkmək istədiyi bildirib:

“Tərəf müqabilim iki məşhur xanım olacaq: Aygün xanım və Afaq. Klipin ssenarisini də düşünmüşəm”.