Roza Zərgərlinin ölüm xəbərini yayıblar

Roza Zərgərlinin ölüm xəbərini yayıblar
1638 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli sosial şəbəkələrdən söz açıb.

Axşam.az-ın məlumatına görə, “İctimai” telekanalnda yayımlanan “Yeni gün” verilişinə qonaq olan sənətçi onun ölüm xəbərini yaydıqlarını bildirib:

“Sosial şəbəkələrdən fərqli məqsədlər üçün istifadə edirlər. Hətta bir dəfə tanımadığım biri mənim öldüyümü yazıb. Bir aparıcıyla telefonla danışırdım, məni verilişinə dəvət etmişdi. Sağollaşıb telefonu kənara atıb başqa otağa keçdim. Qız 20 dəfə zəng edib, cavab verməmişəm. Həyəcanlanıb ki, buna nə oldu, öldü? Bu sözləri yazanlar isə öz həqiqi fotoları ilə “Facebook”a girənlər deyil. Qoyurlar hansısa bir xarici ulduzun fotosunu, nə gəldi, yazırlar, bilmirsən ki, bu kimdir. Tanınmış biri üçün bu cür hallardan qaçmaq çətindir”.