Fəxriyyə Xələfovadan yaz dəbi

Fəxriyyə Xələfovadan yaz dəbi
1753 dəfə oxunub
  • A-
  • A
  • A+

Modelyer Fəxriyyə Xələfova 2014-cü ilin yaz dəbindən danışıb.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olan F.Xələfova öz kolleksiyasında əlvan rənglərə üstünlük verdiyini bildirib:

“Çox vaxt deyirlər ki, 1950-ci illərin dəbi geri qayıtır. Amma bunu heç sevmirəm. Hər zaman yeniliyi, müasirliyi xoşlayıram. Bu yaz açıq rənglərə üstünlük vermək lazımdır. Əsasən də, qırmızı rəngə... Üst geyimlərində daha çox al-əlvanlıq aktual olacaq. Bu dəb kişi kolleksiyalarında da özünü büruzə verməlidir”.