Müğənni Xatirə İslam təyyarə qorxusu olduğunu etiraf edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda İnstaqram səhifəsində yazıb. O bildirib ki, hər dəfə təyyarəyə minəndə dərman atır.

Bacısı ilə Moskvaya gedən Xatirə "Günel başımı elə qatdı ki, budəfə dərmansız uçdum. Təyyarə qorxusu bitdi artıq" sözlərini yazıb.

Sənətçi daha sonra rusiyalı ifaçı Nikolay Baskovla şəklini yayımlayıb. O, məşhur müğənni ilə toy məclisində bir araya gəldiyini vurğulayıb.


 


                 

Digər