Türkiyədə itkin düşən azərbaycanlı Aytən Hüseynovanın ailəsi onun tapılması üçün “Müge Anlı ile Tatlı Sert” proqramına müraciət edib.

Axşam.az xəbər verir ki, axtarış nəticəsində 38 gün sonra sağlamlıq turizmi ilə məşğul olan Aytən tapılıb.

O, proqrama müraciət edən bacısına zəng edərək, görüşmək üçün Antalyaya gələcəyini deyib.

Bildirilir ki, Aytən Türkiyədə saxta şəxsiyyət vəsiqəsi ilə yaşayır. O, qarşı cinsdən olan dostu ilə görüşüb və yoxa çıxıb.

Anası və bacısı isə çarəni Müge Anlıya müraciət etməkdə görüb.

Qeyd edək ki, Aytənin hansı səbəbdən ailəsindən gizlənməsi barədə informasiya verilməyib.



loading...


                 

Digər