Ebrudan arıqlamaq istəyənlərə tövsiyyələr

Ebrudan arıqlamaq istəyənlərə tövsiyyələr
2903 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model və pilates məşqçisi Ebru Şallı "Sağlam həyat və xoşbəxtlik" festivalında sevənləri ilə görüşüb.

Axşam.az xəbər verir ki, model idman və pəhrizlə bağlı bəzi məsləhətlər verib.

O, kilo verən xanımların hər şeydən əvvəl özgüvəninin artdığını və həyata baxışının dəyişdiyini deyib.

"Çəki itirən insanların hər şeydən əvvəl özünə olan güvəni artır. Artıq daha fərqli düşünməyə, daha fərqli yaşamağa başlayırlar. Öz iradəsinin fərqinə varan qadından daha güclüsü yoxdur" deyə, o, bildirib.

Bəzən qadınların kilo verə bilməyincə əvvəlkindən daha çox yediyinin təhlükəli olduğunu deyən Ebru belə hallarda idmana yönəlmənin vacibliyini vurğulayıb:

"Hər bir kilolu xanımın problemli bir bölgəsi var. Məsələn, biri ayaqlarının, digəri isə qarnı və qollarının arıqlamasını istəyir. Amma bu bölgələri idmana çox az daxil edir. Nəticədə zəif kilo verir və bu da motivasiyasının itməsinə səbəb olur. Ona görə, hər kəs öz bədənini tanımalı və ona görə hərəkət etməlidir".

Arıqlama zamanı pəhrizin ən vacib məqam olduğunu xatırladan model xanımlara ağ unu, şəkəri və işlənmiş qidaları həyatlarından çıxarmağı məsləhət görüb.