Böyük İsgəndərin doğulduğu yer: Əsrarəngiz Pella - Fotolar

Böyük İsgəndərin doğulduğu yer:  Əsrarəngiz Pella - Fotolar
3364 dəfə oxunub
  • A-
  • A
  • A+

Yunanıstanın Orta Makedoniya bölgəsində yerləşən Pellada eyniadlı əntiq bir ərazi var.

Axşam.az xəbər verir ki, bura tarixin böyük liderlərindən sayılan Böyük İsgəndərin doğum yeridir.

Bölgənin adının etimologiyası ritual mərasimlərdə qərarlar verilən bölgələrdən biri Apelladan götürülüb.

Ərazinin yaxınlığında Arxeologiya Muzeyi də var.  Bura 19-cu əsrdə səyyahlar tərəfindən kəşf edilib. İlk qazıntıları 1914-1915-ci illərdə gerçəkləşdirilsə də, 2006-cı ilin fevralında kəndlilərdən biri təsadüfən bugünədək Yunanıstanda tapılmış ən böyük məzara rast gəlib.

Burada həmçinin, üstündə adlı-sanlı bir makedoniyalı ailənin adlarının yazıldığı məzarlar, heykəllər və rəsmlər çəkilmiş divarlar mövcuddur.

Məzarlıq İsgəndərin liderliyinin cərəyan etdiyi e.ə 2-ci və 3-cü əsrlərə dayanır.