Anar Mədətova ərə gedən Samirə "xına"dan fotolar yaydı

Anar Mədətova ərə gedən Samirə "xına"dan fotolar yaydı
10870 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Anar Mədətovun həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və yenidən ailə qurmağa hazırlaşması xəbəri gündəmdən düşmür.

Axşam.az-ın məlumatına görə, Anar vizajist kimi fəaliyyət göstərən Samirə adlı xanımla ikinci dəfə evlənir. Samirə xına mərasimindən yeni fotolar yayımlayıb.

Vizajist xanım paylaşdığı şəkillərə "Həyat nə yaşadıqlarındır, nə də əldə etdiyin uğurlar. Həyat ömürboyu "həyatım" deyə biləcəyin insanı tapdıqda başlayır. A və S (Anar və Samirə - red.)" sözlərini yazıb.

Qeyd edək ki, Anar və Elnurə boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma rəsmiləşməmiş Mədətov toy hazırlıqlarına başlayıb.

Cütlüyün iki övladı var. Onların oğlu, "Qarabağ" futbol klubunun oyunçusu Mahir Mədətov atasının bu addımını qəbul etməyib və onun soyadından imtina edib. Mahir hətta İnstaqramda soyadını dəyişərək "Əmrəli" yazıb.